Makron Putinlə telefonla danışmaq niyyətindədir

Makron Putinlə telefonla danışmaq niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron bazar günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yelisey sarayından bildiriblər.

Məlumata əsasən, bir gün əvvəl, şənbə günü E.Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

E.Makronun administrasiyasından bildiriblər ki, Avropa qitəsində təhlükəsizlik sahəsində sabitliyi pozacaq qarşıdurmadan yayınmaq üçün hər fürsətdən istifadə edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə