SİA-nın əldə etdiyi məlumata görə, minalı qayıq Hodeyda limanından çıxıb və Qırmızı dənizin cənub hissəsində zərərsizləşdirilib.
Husi tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.
2014-cü ildən Yəməndə silahlı qarşıdurma davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin martından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.
BMT-nin hesabatlarına görə, müharibə 377 min insanın həyatına son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB