Bayden ABŞ-da COVID-19 səbəbiylə fövqəladə vəziyyətin müddətini uzadıb
ABŞ-da koronavirus pandemiyası səbəbiylə 2020-ci ilin martında tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin ictimai səhiyyə riskinin davam etməsi səbəbindən martın 1-dən sonra da uzadılacaq.
SİA-nın Ağ Evin saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.
"Bu ölkədə 900 mindən çox insan bu xəstəlikdən ölüb və bu səbəbdən federal hökumətin bütün gücü və imkanları ilə COVID-19 ilə mübarizəni davam etdirməyimiz və pandemiyaya cavab verməmiz çox vacibdir", - deyə C.Bayden bildirib.
Qeyd edək ki, əgər fövqəladə vəziyyət rejimi elan edilməsinin ildönümünə 90 gün qalmış prezident Konqresə qərarın yenilənməsi barədə bildiriş göndərməsəydi, avtomatik olaraq sona çatacaqdı.
Fövqəladə vəziyyət rejimi prezidentə istənilən vaxt istifadə edə biləcəyi bəzi əlavə hüquqi səlahiyyətlər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB