Niderlandda “qırmızı” həyəcan

Ölkədə fırtına səbəbindən məktəblərin və nəqliyyatın fəaliyyəti dayandırılıb
Niderlandda “qırmızı” həyəcan

Niderlandda “Yunis” fırtınası həyatı iflic edib.

SİA-nın əldə etdiyi məlumata görə, ölkədə “qırmızı” həyəcan səviyyəsi elan edilib.

Ölkənin əksər bölgələrində məktəblər bağlanıb. Qbuzz, Arriva və Konnekksion bölgələrində avtobus və qatarların hərəkəti dayandırılıb. Rotterdam şəhərindəki Haaqa hava limanında bütün reyslər ləğv edilib.

Ölkədəki peyvənd və test mərkəzləri də işləmir.

Bütün xəbərlər Facebook səhifəmizdə