Yunanıstan sahilində gəmidə yanğın baş verib

Yunanıstan sahilində gəmidə yanğın baş verib

Yunanıstan sahilində yanan “Euroferry Olympia” bərəsinin bütün sərnişinləri və ekipaj üzvləri təxliyə olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Yunanıstanın Gumenica şəhərindən İtaliyanın Brindisi şəhərinə üzən gəmi limandan çıxan zaman naməlum səbəbdən yanmağa başlayıb.

Hadisə zamanı laynerin göyərtəsində 237 sərnişin və 51 ekipaj üzvü olub. Onların hamısı qayıqlar vasitəsi ilə gəminin tərk edib. Kapitanın sözlərinə görə, sərnişinlər arasında xəsarət alanlar yoxdur və onlar İtaliyanın sahil mühafizə xidmətləri və limandakı gəmilər tərəfindən sahilə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə