YPG/PKK-ya qarşı keçirilәn әmәliyyatlar

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi... SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
YPG/PKK-ya qarşı keçirilәn әmәliyyatlar

Terror tәşkilatı YPG/PKK-nın Suriyadakı strategiyası vә Susiyanın terrorçuların mövcud olduğu mәrkәzә çevrilmәsi diqqәt çәkir. 2015-ci ildәn etibarәn Türkiyәnin tәhlükәsizlklә bağlı yeni doktrinası nәticәsindә terror tәşkilatının ölkә daxilindәki fәaliyyәti azalıb. 2018-ci ildәn etibarәn isә Türkiyә Silahlı Qüvvәlәrinin İraqın şimalını terrorçulardan tәmizlәmәklә bağlı strategiyası çәrçivәsindә mövcudluğunu Suriyada davam etditәn terror tәşkilatı hәyata keçirilәn üç fәrqli hәrbi әmәliyyata baxmayaraq özünü qoruya bilib.

Milli Müdafiə Nazirliyinin ötən həftə verdiyi mәlumatda ölkә daxilindә terror tәhdidinin azaldığına diqqәt çәkilib.Milli Müdafәi Nazirliyinin verdiyi mәlumata әsasәn, ilin әvvәlindәn etibarәn 316 terrorçu zәrәrsizlәşdirilib.Mәlumatda zәrәrsizlәşdirilәn terrorçulardan 272-nin Suriyada keçirilәn әmәliyyatlar zamanı zәrәrsizlәşdirildiyi bildirilib. Sözügedən məlumatlara görə, terrorçuların 86%-i Suriyada zərərsizləşdirilib. 10 ilә 17 fevral tarixlәri arasında 69 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib. İraqda isә 7 terrorçunun zәrәrsizlәşdirildiyi qeyd olunub.

Türkiyənin ölkə daxilindә terror tәşkilatı YPG/PKK-ya qarşı apardığı mübarizədə ciddi irəliləyiş əldə etdiyini söyləmək mümkündür. YPG/PKK vә DEAŞ terror tәşkilatlarını hәdәf alan üç fәrqli әmәliyyata baxmayaraq Suriyanın YPG/PKK terrorçularından tәmizlәnmәdiyini deyә bilәrik. Hәtta tәşkilatın maliyyә, kadr, logistika kimi sahәlәr baxımından İraq vә Suriyanı öz mәrkәzinә çevirdiyini ifadә edә bilәrik. Amerika Birlәşmiş Ştatları vә bәzәn Rusiya tәrәfindәn dәstәklәnәn tәşkilatın sahә vә xalqı idarә etmәk mәsәlәsindә tәcrubә qazandığı nәzәrә alındıqda Türkiyәnin 2015-ci ildәn etibarәn ‘‘terrorçuları yuvalarında mәhv etmәk’’ strategiyası çәrçivәsindә İraqla birlikdә yenidәn Suriyada da YPG/PKK-nın mövcudluğunun sona çatdırılması istiqamәtindә addımların atılmasının vacibliyi müşahidә olunur. Xüsusilә YPG/PKK-nın Türkiyәnin dәstәklәdiyi Müvәqqәti Suriya Hökumәtinin nәzarәtindәki bölgәlәrdәki mülki vәtәndaşlara qarşı hәyata keçirdiyi hücumlara havadan lazımi cavab verilmәlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə