ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ-ın müdafiə naziri Lloyd Austinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlər Rusiya ilə Ukrayna arasında böhranı müzakirə ediblər.

Nazirliyin verdiyi açıqlamaya görə, Şoyqu amerikalı həmkarı Ostin ilə görüşündə beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraqların aktual məsələlərini müzakirə edib.

Qeyd edək ki, dekabrda Rusiya ABŞ-la müxtəlif təhlükəsizlik təminatları ilə bağlı təklifləri özündə əks etdirən iki saziş layihəsini NATO-ya təqdim edib.

ABŞ və NATO yanvarın sonunda Rusiyaya məsələ ilə bağlı yazılı cavab göndərib.

Rusiya da dünən 11 səhifəlik lazısında Vaşinqtonun cavabına münasibətini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə