Donetskdə partlayış baş verib

Sonuncu xəbərə görə, dünyanın gözü Rusiya-Ukrayna böhranındadır. SİA xarici mətbuata istinadən bildirir ki, Donetskdə hökumət binası yaxınlığında avtomobildə partlayış baş verib. Putin "Belarusda keçirdiyimiz təlimlər heç kimə təhlükə yaratmır" deyib. Digər tərəfdən Baydenin böhranla bağlı açıqlama verəcəyi qeyd edilib.

Ukraynadan birtərəfli qaydada müstəqilliklərini elan edən Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının liderləri xalqa Rusiyaya getmək üçün bəyanatlar verərkən Donbas bölgəsində xəbərdarlıq siqnalları çalmağa başlayıb.
Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonu Kreml sarayında qəbul edib. Rusiya ilə Belarus arasında imzalanan “İttifaq vəziyyəti” sazişinin də müzakirə edildiyi görüşün əsas mövzusu Ukrayna sərhədində davam edən böhran olub. Donbas bölgəsindəki vəziyyəti dəyərləndirən prezident Putin “Məhz hazırda Donbasda vəziyyətin gərginləşdiyini müşahidə edirik. Kiyevə sadəcə Donbass nümayəndələri ilə danışıqlar masası arxasına oturub böhranın həlli ilə bağlı razılığa gəlmək qalır. Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır”- deyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə