Yol polisi qəzadan saniyələr içində xilas olub

Yol polisi qəzadan saniyələr içində xilas olub

ABŞ-ın Kolorado ştatında polis məmuru başqa bir avtomobilin dayandırdığı avtomobilə çırpılması nəticəsində baş verən qəzadan saniyələr ərzində xilas olub. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Kolorado ştatının patrul polisi avtomobili sürət həddini aşdığı üçün saxlayıb. Bu vaxt daha bir avtomobil tam sürətlə hərəkətdə olan avtomobilə çırpılıb. Bir neçə saniyə əvvəl maşınına qayıdan polis qəzadan çətinliklə xilas olub. Avtomobildə olan insanlar yüngül yaralanarkən, qəza anı saniyələrlə avtomobilin kamerasına əks olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə