Rusiyada koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Rusiyada son sutka ərzində 180 071 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, 18 mindən çox şəxs isə xəstəxanaya yerləşdirilib.

Əvvəlki gün 180 622 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 15,02 milyonu ötüb.

Eyni zamanda, son sutkada 784 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 790 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 343 957 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə