İtaliyada Ukraynaya dəstək aksiyası keçirilib

İtaliyada Ukraynaya dəstək aksiyası keçirilib

Ialiyanın paytaxtı Romada bir neçə yüz insan Ukraynada sülhə dəstək aksiyasına toplaşıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Roma şəhərinin mərkəzində yerləşən Müqəddəs Həvarilər Meydanındakı yeni aksiyanı katolik icması təşkil edib.

Nümayişdə Roma meri Roberto Qualtyeri, müxtəlif həmkarlar ittifaqı və siyasi partiyaların nümayəndələri iştirak ediblər. İcmada qeyd edilib ki, aksiya “Avropada münaqişə təhlükəsinə qətiyyətlə “yox” demək” məqsədi daşıyıb.

Çərşənbə axşamı katoliklər Panteonun qarşısındakı meydanda mitinqə toplaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə