Sloveniya Ukraynaya letal silahlar göndərməyəcək

Sloveniya Ukraynaya letal silahlar göndərməyəcək

Sloveniya hökuməti Ukraynaya öldürücü silahlar tədarük etməyi planlaşdırmır.

SIA-nın xəbərinə görə, bunu Sloveniyanın müdafiə naziri Matey Tonin bildirib.

“Hazırda Ukraynaya letal silahlar göndərməyi düşünməsək də, ikili təyinatlı məhsullar yollayacağıq” – deyə nazir bildirib.

Tonin əlavə edib ki, Ukrayna hökumətinin xahişi ilə bu ölkəyə texniki avadanlıq, səyyar yeməkxana və qızdırılan çadırlar göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə