“Normand formatında danışıqların bərpasına hazırıq”

“Normand formatında danışıqların bərpasına hazırıq”

Ukrayna “Normand dördlüyü” (Almaniya, Fransa, Rusiya və Ukrayna) səviyyəsində danışıqları bərpa etməyə hazırdır.

SİA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib.

“Ukraynanın xarici işlər nazirinin (Dmitri Kuleba) da dediyi kimi, Prezidentimiz (Volodimir Zelenski) həmişə (Rusiya Prezidenti Vladimir Putin) ilə şəxsi görüşdə və onunla danışıqlarda təkid edir”, – Kislitsa bildirib.

O, həmçinin xatırladıb ki, Ukrayna xarici işlər naziri də Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq istəyini açıqlayıb.

“Biz bütün formatlarda, o cümlədən “Normand dördlüyü” səviyyəsində danışıqları bərpa etməyə hazırıq. Təəssüf edirik ki, Rusiya hələ də “Normand dördlüyü”nün sammitini keçirmək istəmədiyini bildirir”, – Kislitsa BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com