İran beynəlxalq reyslərlə ölkəyə gələn sərnişinlərin qəbulu üçün yeni qaydalar hazırlayıb. Qaydalara əsasən, yaşı 12-dən yuxarı olan bütün sərnişinlər hava limanında PCR testinin nəticəsini təqdim etməlidir. SİA-nın ehtimalına görə, analizin cavabı mütləq ingilis dilində olmalıdır. Bununla yanaşı peyvənd sertifikatının müddətindən 9 aydan çox müddət keçibsə etibarsız hesab ediləcək.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində 25 min 34 nəfərin koronavirusa yoluxması, 167 nəfərin isə yoluxaraq vəfat etməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 860 min 255 nəfər, yoluxaraq ölənlərin ümumi sayı isə 134 min 53-ə çatıb. Eyni zamanda, bu günə kimi ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 6 milyon 351 min 542 “Covid-19” xəstəsi sağalaraq evə buraxılıb.
Hazırda xəstəxanalarda müalicəsini davam etdirən 3489 xəstənin vəziyyəti ağır olaraq qalır.
İranda buster doza peyvəndin vurulması davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB