Ukraynada Dövlət Təhlükəsizliyi Strategiyası qüvvəyə mindi

Ukraynada Dövlət Təhlükəsizliyi Strategiyası qüvvəyə mindi

Ukrayna prezidenti Vladimir Zelenskinin daha əvvəl təsdiq etdiyi Dövlət Təhlükəsizliyi Strategiyası ilə əlaqəli qərar qüvvəyə mindi.

SİA xəbər verir ki, Ukrayna administrasiyasından mövzu ilə əlaqəli verilən məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının dekabrın 30-da Dövlət Təhlükəsizlik Strategiyası ilə bağlı qəbul etdiyi qərar Zelenskinin fərmanı ilə qüvvəyə minib. Strategiyada daxili və xarici təhdidlərə qarşı dövlətin vaxtında müdaxiləsi, Avropa İttifaqı və NATO standartları nəzərə alınmaqla dövlət təhlükəsizliyi sahələrində inkişafı məqsəd götürülüb.

Rusiyanın Ukraynaya qarşı apardığı hibrid müharibəni siyasi, iqtisadi və kiber sahələrində davam etdirdiyi qeyd edilən sənəddə Donbassda rusiyayönlü separatçıların nəzarətində olan bölgələrdə və qanunsuz ilhaq edilmiş Kırımda insan haqları pozuntularının olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə