Almaniyada “Yleniya” fırtınası həyatı iflic edib

Almaniyada “Yleniya” fırtınası həyatı iflic edib

Almaniyada gecə radələrində başlayan tufan səbəbindən ölkənin bir çox ştatında qatarların hərəkəti dayandırılıb, məktəblər bağlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bavariya və Şimali Reyn-Vestfaliya ştatlarında 60 minə yaxın ailə işıqsız qalıb. Almaniya Meteorologiya İdarəsi (DWD) təsiri həftənin sonuna qədər davam edəcək qasırğa kimi güçlü fırtına səbəbiylə məcburi şərtlər istisna olmaqla, insanların küçələrə çıxmaması barədə xəbərdarlıq edib.

Alman Dəmir Yolları da Aşağı Saksoniya, Bremen, Hamburq, Şlezviq-Holşteyn, Meklenburq-Ön Pomeraniya, Berlin və Brandenburq əyalətlərində uzun məsafəli qatar xidmətlərini ləğv edib. Bildirilib ki, “Yleniya” adlanan fırtınanın sürəti saatda 152 kilometrə çatıb. Şiddətli fırtına səbəbindən yanğınsöndürənlərin bir çox xilasetmə əməliyyatlarına qatıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə