Yәmәn Baş naziri beynәlxalq ictimaiyyәtә çağırış edib

Yәmәn Baş naziri beynәlxalq ictimaiyyәtә çağırış edib

Yəmən hökuməti beynəlxalq ictimaiyyəti 7 ilə yaxındır vətəndaş müharibəsinin davam etdiyi ölkədə yaşanan humanitar böhranla mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

SİA xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyi SABA-nın yaydığı mәlumata görə, Baş nazir Muin Abdulməlik ölkәnin müvəqqəti paytaxtı Ədəndə Avropa İttifaqı Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş direktorunun müavini Maykl Köler vә yüksәk vәzifәli Avropa rәsmilәrini qәbul edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) ötən gün keçirilәn iclasında Yəməndəki kritik humanitar vəziyyətlə bağlı edilәn xəbərdarlıqlara diqqət çəkən Baş nazir Abdulməlik humanitar böhranla mübarizə aparmaq üçün təcili tədbirlərin görülməsi ilә әlaqәdar çağırış edib.

Muin Abdulməlik hәmçinin husilәrin sülhlә bağlı təşəbbüsləri rədd etməsi nəticəsində yaranan humanitar böhrana ciddi yanaşılması ilә әlaqәdar da beynәlxalq ictimaiyyәtә çağırış edib.

Abdulməlik bildirib ki, husilәr beynəlxalq ictimaiyyəti şantaj etmək, müharibəni uzatmaq və humanitar fəlakəti ikiqat artırmaq üçün humanitar yardımdan istifadə etməyə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə