NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücum etmək üçün bəhanə axtardığını bildirərək, Rusiyanın geri çəkilməsi ilә әlaqәdar çağırış edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçirilən müdafiə nazirləri toplantısından sonra açıqlama verib.
Stoltenberq deyib: ‘‘Rusiyaya qoşunlarını Ukrayna sərhədindən çıxarması ilә әlaqәdar çağırış edirik’’.
Ukraynaya dәstәk vermәyә davam edәcәklәrini vurğulayan Yens Stoltenberq deyib:“Müttәfiqlәr Rusiya ilә dialoq aparmağa hazırdır’’.
NATO-nun Baş katibi bildirib ki, Rusiyanın Ukraynanı işğal etmək üçün kifayət qədər imkanı var. Bu mәsәlә ilә bağlı narahatlıqlarımız var. Biz Rusiyayaya qoşunlarını Ukrayna sәrhәdindәn çıxarması vә dialoqla әlaqәdar çağırış edirik. Bölgәdәki hәqiqәtlәrә baxırıq.Rusiyanın Ukrayna sәrhәdindәki hәrbi mövcudluğunu hәrkәs görür.
NATO-nun təhdid deyil, müdafiə ittifaqı olduğuna diqqət çəkən Yens Stoltenberq bütün müttəfiqlərini qorumaq üçün lazımi addımları atdıqlarını ifadə edәrәk NATO-nun diplomatiya və dialoqa inandığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB