Portuqaliyada quraqlıq yanğınların güclənməsinə səbəb olub.
SİA xəbər verir ki, Portuqaliyanın Ətraf Mühit və Meşələrin Mühafizəsi İnstitutunun (ICNF) məlumatına görə, ilin əvvəlindən bəri kənd yerlərində yanğınlar nəticəsində 5500 hektardan çox ərazi yanıb. Bu, son 22 il ərzində baş vermiş yanğınlar zamanı yanan ən böyük ərazidir. Ölkədə müşahidə edilən quraqlıq yanğınların sayının artmasına səbəb olub.
Yanğınlardan ən çox Viana-du-Kaştelu bölgəsi zərər çəkib. Bu bölgədə 1386 hektar ərazi yanıb. Sonrakı yerlərdə Braqa (1185 hektar) və Vila-Real (1145 hektar) bölgələridir.
Cari ilin yanvarında 2001-ci ildən bəri ən böyük yanmış sahə qeydə alınıb: 4607 hektar. Bu ilin yanvarı ardıcıl olaraq ən az yağıntının düşdüyü altıncı ay olub. Həmçinin 1931-ci ildən bəri altıncı ən yağmursuz ay kimi müəyyən edilib.
Fevralın ilk iki həftəsi də yanğınların anomal sayı ilə (672) əlamətdar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB