Suriyanın şimalında yerləşən Bab rayonunda bomba yüklü avtomobil partladılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Türkiyə silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatı ilə terrordan təmizlənən Bab rayonundakı Fatimə Zəhra məscidinin yaxınında törədilib. Bobma ilə təchiz edilmiş Avtomobilin partladılması nəticəsində bir nəfər həyatını itirib. Yerli təhlükəsizlik qüvvələri hücumu separatçı terror təşkilatı YPG/PKK-nın təşkil etdiyini edirlər.
Xatırladaq ki, Suriyanın şimalındakı Bab rayonu 2017-ci ilin fevralında Türk silahlı qüvvələrinin “Fərat Qalxanı” əməliyyatı nəticəsində terror təşkilatı DEAŞ-dan təmizləndi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB