Ukraynanın şərqində ordu ilə Rusiya yönümlü separatçılar arasında toqquşmalar intensivləşir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səhər saatlarında rusiyapərəst silahlı qruplaşmaların atdığı raketin Luqansk vilayətinin Stanitsia Luqansk şəhərindəki uşaq bağçasına düşdüyü bildirilib.
Verilən açıqlamada, ağır artilleriya atəşi zamanı terrorçular tərəfindən atılan raket uşaq bağçasına düşdüyü bildirilib. İlkin məlumata görə, 2 dinc sakin yaralanıb. Bundan başqa, şəhərin infrastrukturuna ziyan dəyib. Şəhərin yarısı işıqsız qalıb. Mülki əhali Sığınacaqlarda olanlar Ukrayna Silahlı Qüvvələri tərəfindən təcili təxliyə edilib.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB