Polis irqçi davranışı ilə reaksiya toplayıb

Polis irqçi davranışı ilə reaksiya toplayıb

ABŞ-da bir ticarət mərkəzində ağdərili gənclə qaradərili gənc arasında dava olub. SİA-nın verdiyi məlumata görə, davasına müdaxilə edən polis qaradərili gəncə tətbiq etdiyi irqçi davranışı səbəbi ilə reaksiya çəkib. ABŞ-ın Nyu-Cersi əyalətində davanı ayıran iki polisdən biri ağdərili gənci sakitləşdirməyə çalışarkən digər polis qaradərili gənci qandallamağa çalışıb. Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra polisə reaksiya olduqca artıb.

Qeyd edək ki, həm dava, həm də polis əməkdaşının rəftarı ilə bağlı araşdırma aparılır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə