Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib. İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq. Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.
Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB