Gürcüstanda koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

Gürcüstanda son sutkada koronavirusa 15 644 yeni yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

SİA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 24 110 nəfər müalicə olunaraq sağalıb.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 511 800 nəfər yoluxub. Onların 1 324 172-si sağalıb, 15 729-u isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə