Tehranda partlayış olub 9 ölü

İranın Tehran vilayətinin Vəhidiyyə qəsəbəsində üçmərtəbəli binada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bunu Tehran vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Şahin Fəthi deyib.

Ş.Fəthinin sözlərinə görə, hadisə baş verdiyi ilk saatda 3 nəfər binanı tərk edib, 6 nəfər uçqunlar altından sağ çıxarılıb.

Xilasetmə əməliyyatı 11 saat davam edib.

Hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə