Kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb

Kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb

Böyük Britaniyanın 95 yaşlı monarxı kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, kral ailəsinin başçısı yeriməkdə çətinliklə üzləşib.

Çərşənbə günü Vindzor sarayında kraliçaya səhhətiylə bağlı sual verdikdə, o, "gördüyünüz kimi hərəkət edə bilmirəm" söyləyib.

Daily Mail nəşri mənbəyə istinadən bildirir ki, kraliça əsayla belə hərəkət etməkdə çətinlik çəkir. İlkin ehtimala görə, buna səbəb yaşla bağlı olan dəyişikliklərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə