Avropa Şurası Ukraynadakı vəziyyətdən dərin narahatlıq duyur

Avropa Şurası rəsmiləri Ukraynadakı vəziyyətdən dərin narahatdır.
Avropa Şurası Ukraynadakı vəziyyətdən dərin narahatlıq duyur

Avropa Şurası rəsmiləri Ukraynadakı vəziyyətdən dərin narahatdır.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Şurası Nazirlər Komitəsinin sədri və İtaliyanın xarici işlər naziri Luici Di Mayo Parlament Assambleyasının sədri Tini Kox və baş katib Mariya Peyçinoviç Buriç tərəfindən verilən birgə yazılı bəyanatda Rusiya-Ukrayna böhranının yaratdığı vəziyyətdən və gərginlikdən narahatlıq duyulduğu bildirilib.

Ukraynanın suverenliyi və ərazi bütövlüyünə “sarsılmaz” dəstəyin vurğulandığı bəyanatda müvafiq Avropa Şurası üzvü olan dövlətləri vəziyyətin pisləşməsinin və mümkün silahlı münaqişənin qarşısını almaq üçün səylərini artırmağa çağırıb.

Bəyanatda gərginliyin azalması və dialoqun davam etməsinin arzulandığı vurğulanıb. Qeyd olunub ki, bu dialoq Avropa Şurası nizamnaməsi və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərinə əsaslanmalı və onlara hörmətlə yanaşılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə