Bәşәr Әsәd rejimi Hәlәbdәki yanacaq anbarına hücum etdi

Bәşәr Әsәd rejimi Hәlәbdәki yanacaq anbarına hücum etdi

Bәşәd Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn xarici terror qruplaşmaların Hәlәb şәhәrinin qәrbindәki yanacaq anbarına tәşkil etdiyi hücum nәticәsindә dörd mülki vәtәndaş hәlak olub, biri dә yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Hәlәbin qәrbindәki Şeyx Әli kәndindәki Bәşәr Әsәdә tabi ordu ilә İran tәrәfindәn dәstәklәnәn xarici terror qruplaşmalarından ibarәt rejim qüvvәlәri İdlib deeskalasiya zonası sәrhәdlәri daxilindә yerlәşәn Hәlәbin qәrbindәki Termenin kәndindәki yanacaq anbarına hücum edәrәk atәşkәs rejimini pozub.

Әldә olunan mәlumata görә, hücum zamanı xәsarәt alan mülki vәtәndaş xәstәxanaya yerlәşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə