Oskarda sürpriz kateqoriya yaradılıb

Oskarda sürpriz kateqoriya yaradılıb

Bu il 94-cü dəfə keçiriləcək Oskar Mükafatlarında yeni kateqoriya var. SİA xarici mətbuata istinadən bildirir ki, "Fanların sevimlisi" kateqoriyasında qalib film "Twitter" səsləri ilə müəyyən ediləcək.

Mükafatlandırma mərasiminin aparıcıları da bəlli olub. “Azarkeşlərin sevimlisi” kateqoriyası ilk dəfə bu il martın 27-də keçiriləcək 94-cü Akademiya Mükafatlarında yer alacaq. Mükafatın qalibi Twitter səsverməsi ilə müəyyən ediləcək. Hər kəsin iştirak edə biləcəyi səsvermədə bəyəndiyiniz filmi #OscarsFanFavorite tagı ilə birlikdə yazmağınız kifayət edəcək. Martın 3-dək davam edəcək səsvermədə heç bir nominasiya qazanmayan filmlər də yazıla bilər. Bundan əlavə, mərasimdə səs verənlər arasından seçiləcək 3 nəfərə mükafat təqdim olunacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə