Böyük Britaniyada illik inflyasiya yanvar ayında 5,5 faiz artaraq 1992-ci ilin martından bəri ən yüksək səviyyəyə çatıb. SİA xarici mətbuata istinadən bildir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) yanvar ayı üzrə istehlak qiymətləri indeksini açıqlayıb.
Buna görə illik inflyasiya yanvar ayında yüzdə 5,5-ə yüksəldi. Bildirilib ki, inflyasiyanın 1992-ci ilin martından bəri ən yüksək həddə çatmasına səbəb olan amillər geyim və ayaqqabı qiymətlərindəki artım olub. Əvvəlki ayda illik inflyasiya yüzdə 5,4 olaraq açıqlanmışdı. ONS-in məlumatına görə, 1992-ci ilin martında inflyasiya 7,1 faiz olub.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB