Braziliyanın Rio-de-Janeyro yaxınlığındakı Petropolisdə güclü yağışın səbəbi ilə sürüşmə və daşqınlar baş verib. SİA xarici mətbuata istinadən bildirir ki, təbii fəlakət nəticəsində ən azı18 nəfər həyatını itirib. Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliyada Rio-de-Janeyrodan 68 kilometr şimalda Petropolisə saatlar ərzində yağan güclü yağış turizm cənnətinə fəlakət gətirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təbii fəlakət nəticəsində ən azı 18 nəfərin öldüyünü bildiriblər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB