Motosikletçi son anda xilas oldu

Hindistanın Uttar-Pradeş ştatında motosikletçi keçiddə qatarın altından qalmaqdan son anda xilas olub. SİA xarici mətbuata istinadən bildirir ki, Hindistanın Uttar-Pradeş əyalətinin Auraiya rayonundakı Açalda dəmir yolu stansiyasının yaxınlığında motosikletçi həmrəy keçiddə sürətlə hərəkət edən sərnişin qatarı ilə toqquşmaqdan son anda xilas olub.

Qatar motosikletə dəyərkən sürücü yerə yıxılib. Daha sonra sürücü ayağa qalxaraq dəmir yolundan qaçıb.

Sürücünün işıqları gözləmədən yolu keçməyə çalışdığı üçün meydana gəldiyi təxmin edilən qəzada motosikletə böyük ziyan dəydiyi öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə