Zaxarova Qərb mediasını yalan xəbər yaymaqda ittiham etdi

Zaxarova Qərb mediasını yalan xəbər yaymaqda ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb mediasını Rusiyanın Ukraynaya hücum cədvəlini açıqlamağa çağırıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Zaxarova özünün Telegram kanalında yazıb: “ABŞ və Britaniyanın Bloomberg, The New York Times, The Sun və s. dezinformasiya mediasına müraciət edirəm. "İşğal" cədvəlini açıqlayın. Mən tətilə getməyi planlaşdırıram. Siz vaxtı deyin, mən ona görə tətilimi müəyyənləşdirim".

Diplomat əlavə edib ki, ötən ilin payızından Qərb və Ukrayna mediası Rusiyanın guya Ukraynaya “geniş miqyaslı işğala” hazırlaşdığını iddia edir: "Moskvada bu cür iddialar dəfələrlə rədd edilib. Belə ki, Britaniyanın “The Sun” tabloidi bundan əvvəl Rusiyanın fevralın 16-da Kiyev vaxtı ilə saat 3.00-da (Moskva vaxtı ilə 4.00) Ukraynaya “işğal edəcəyini” bildirmişdi. Amerikanın Politico nəşri naməlum mənbəyə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə söhbəti zamanı Rusiyanın fevralın 16-da Ukraynaya hücum edə biləcəyini də iddia edib. Bloomberg mənbələri isə öz növbəsində Rusiyanın Ukraynaya fevralın 15-də hücum edə biləcəyini bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə