Bəhreyn vəliəhdi İsrailə səfər dəvətini qəbul edib

Bəhreyn vəliəhdi İsrailə səfər dəvətini qəbul edib

Bəhreyn Krallığının vəliəhdi Salman bin Həməd Al Xəlifə İsrailin baş naziri Naftali Bennetin yəhudi dövlətinə səfər dəvətini qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Manamada krallığın xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani bildirib.

“Vəliəhd Bennettin İsrailə səfər etmək dəvətini qəbul etdi. İsrail Nazirlər Kabinetinin rəhbəri ilə danışıqlarda toxunulan mövzular arasında İranın nüvə proqramı və terrorizm olub”, – deyə o qeyd edib.

Bundan əlavə, diplomat vurğulayıb ki, Bennettin krallığa səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün mühümdür.

Bütün xəbərlər Facebook səhifəmizdə