Vyetnam COVID-19 səbəbiylə beynəlxalq uçuşlara qoyulan məhdudiyyətləri rəsmi olaraq ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, Vyetnam Mülki Aviasiya İdarəsi bildirib ki, bu gündən etibarən bütün istiqamətlərə beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılacaq, lakin sərnişinlər yerli hakimiyyət orqanları tərəfindən təsdiq edilmiş karantin tələblərinə əməl etməlidirlər.
Yanvarın 1-də Vyetnam hökuməti Tayland, Kamboca, ABŞ və Sinqapur da daxil olmaqla bir sıra beynəlxalq istiqamətlərə müntəzəm kommersiya uçuşlarının bərpasına icazə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB