Avstriya XİN rәhbәri diplomatlarını Ukraynadan çıxaran ölkәlәrә reaksiyası

Avstriya XİN rәhbәri diplomatlarını Ukraynadan çıxaran ölkәlәrә reaksiyası

Avstriya Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə görə başda Amerika Birləşmiş Ştatları olmaqla bәzi ölkәlәrin Kiyevdən diplomatlarını çıxarmaqla bağlı qәbul etdiyi qərarını tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklə bağlı Almaniya mətbuatına açıqlamalar verib.

Diplomatların Rusiyanın mümkün müdaxiləsi səbəbindәn Ukraynanın paytaxtı Kiyevdən çıxarılması ilә bağlı qәbul edilәn qәrarı tənqid edən Şallenberq deyib: ‘‘Diplomatlarınızı vaxtından əvvəl ölkәdәn çıxarsanız bu Ukraynadakı insanlar üçün şübhəli siqnal olacaq”.

Şallenberq bəyan edib ki, bu kövrək prosesdә Avstriya diplomatları mümkün qədər Ukraynada qalmağa davam edəcəklər.

Almaniyanın mövcud gәrginliklә bağlı mövqeyini dəstəklədiklərini bildirən Şallenberq Avstriyanın Ukraynaya silah göndərməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə