Texas Baş Prokurorluğu “Facebook”a qarşı iddia qaldırıb

Texas Baş Prokurorluğu “Facebook”a qarşı iddia qaldırıb

ABŞ-da Texas Baş Prokurorluğu Facebook-un üz identifikasiyası tətbiqinin şəxsi biometrik məlumatların məxfiliyini pozduğunu əsas gətirərək ona qarşı iddia qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Texas Baş prokuroru Ken Paxton sosial media nəhənglərindən “Facebook”-u 2010-cu ildən ötən ilin sonuna dək üz tanıma tətbiqi ilə istifadəçilərin biometrik məlumatlarına daxil olaraq şəxsi məlumatların qorunması qanununu pozmaqda ittiham edib. “Facebook”-un gizli şəkildə Texaslıların şəxsi məlumatlarını öz korporativ mənfəətləri üçün topladığını iddia edən Paxton sosial media nəhəngini dövlət qanunlarını pozduğu üçün məhkəməyə verib.

Xatırladaq ki, 2015-ci ildə “Facebook”, İllinoys ştatında üz identifikasiyası tətbiqi ilə fərdi məlumatların qorunması qanununu pozduğu səbəbi ilə əleyhinə qaldırılan iddia nəticəsində 650 milyon dollar cərimə ödəməyə məhkum edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə