Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin ev sahibliyilə reallaşdırılan beynəlxalq dünya sərgisi “Dubai Expo”nu yeni gələcəyi birlikdə qurmaq üçün bir çağırış kimi dəyərləndirdi.
SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri səfərinin ikinci günündə “Dubai Expo 2020” və Türkiyə Günləri tədbirində etdiyi çıxışında Ərdoğan deyib: “Ətraf mühit və səhiyyə başda olmaqla dünyanın qarşılaşdığı fəlakətlər və yeni meydanoxumalar bizi birlikdə həll axtarışlarına yönəldir. Bütün insanların ortaq həyat sahəsi olan ətrafı mühit sadəcə bir lütf deyil, öhdəçilikdir.
“İnsanı yaşat ki, dövlət yaşasın” anlayışımız ətrafın mühitin qorunmasını da ehtiva edən geniş bir təsəvvürü ifadə edir. Ətraf mühit və ümumiyyətlə, bütün inkişaf siyasətlərimizi məhz bu anlayışla ortaya qoymaq səyindəyik.”
Həyat yoldaşı Əminə Ərdoğanın himayəsilə 2017-ci ildə başladığımız “Sıfır tullantı” layihəsinin bu baxımdan əhəmiyyətli bir nümunə olduğunu bildirən Ərdoğan onu da deyib ki, "Bu layihə ilə bu günə qədər 2 milyon tondan artıq tullantı işlənərək iqtisadiyyata qazandırılıb, 3 milyon ton istixana qazlarının emissiyasının qarşısı alınıb, 265 milyon ağac kəsilməkdən qurtarılıb.
Türkiyə dünyada meşə varlığını artıran nadir ölkələr arasındadır. Bundan başqa, Türkiyə bu gün yenilənəbilən enerji quraşdırılma gücündə Avropada 5, dünyada 12-ci sıradadır. Paris İqlim Sazişini imzalayaraq 2053-cü il görüntümüzün ilk hədəfi olaraq Yaşıl İnkişaf İnqilabını qəbul etdik.
Ətrafa verdiyimiz əhəmiyyətin başqa bir nümunəsi Türkiyənin ilk elektrikli avtomobili olan TOGG-dan xüsusi bəhs etmək istəyirəm. Sərgi sahəsində bir maketini gördüyünüz və 2023-cü ildən etibarən ardıcıl istehsala keçəcək TOGG-un ətraf mühitin qorunmasına verəcəyi töhfə ortadadır.
Nə olursa olsun, inkişafın, böyümənin və zənginləşmənin deyil, insana, təbiətə, ətraf mühitə hörmətli bir yanaşmanın arxasındayıq. İnancımızın və mədəniyyətimizin bizə göstərdiyi yol budur. “Dubai 2020 Expo”da Türkiyə sərgi sahəsinin “Mədəniyyətlərin başlanğıc nöqtəsindən ta gələcəyi yaratmaq üçün” devizi ilə qurulması bu mənada böyük anlam daşıyır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB