Cəhənnəmə getmiş utopik “erməni arzuları”...

Cəhənnəmə getmiş utopik “erməni arzuları”...

...Heyif ki, “erməni arzusu”, bizdən qaçdı və indi belə görünür ki, yaxın macal üçün bizim nə sağalmaq, nə də iqtisadiyyatda sıçrayış etmək şansımız qalmayıb. Qalsa da,.. balaca bir noxud boyda bir şansımız qalır. Amma bizim elə də uzaqda yox, elə dörd il əvvəlki dönəmimizə baxmaq kifayət edər. Təbii ki, baxsalar “erməni arzusu”nun nələrə qadir olduğunu, bu “arzu”nun dünyaya hansı töhfələr vermək istədiyinə şahidlik edə bilərdilər.

Amma, neyləyək ki, alınmadı.

Gərək ki, ermənilərlə yanaşı başqa xalqlar da xatırlamış olar. Belə ki, dörd il əvvəl Ermənistanda kifayət qədər innovativ ideyalar yaranmışdı. Məsələn bu gün bir çoxları, xüsusən də erməni gəncləri biz ermənilərin ölkəmizdə elektromobillər yaradacağımzı eşidəndə bəlkə də, təəccüblənərdilər. Amma biz bunu reallaşdıra bilərdik. Dünyada heç bir xalqın, mən deyərdim ki, heç fikrindən belə keçirə bilmədiyini “böyük erməni xalqı” hətta artıq reallaşdırmaq ərəfəsindəydi. Deyim ki, bunun üçün əsas iş yerləri də artıq planlı şəkildə nəzərdə tutulmuşdu.

Məsələn, Ermənistanda hazırlanacaq dünyanın ilk elektromobilləri üçün əsas elektrik mühəndisliyi "Armelectromash", kompozit materiallardan hazırlanmış kuzovlar üçün isə "ErAZ" nəzərdə tutulmuşdu.

Yeri gəlmişkən, onu da deyək ki, biz Ermənistanda perspektivli kompozit materialların istehsalı üçün bütöv bir sənaye yaratmağı da nəzərdə tutmuşduq. Bu isə ölkəmizə metal idxalını kəskin şəkildə azaltmağa imkan verəcəkdi.

Bundan əlavə biz Qarakertdə tamamilə yeni bir daş tökmə zavodu, Sevanda isə şüşə izolyasiya zavodu tikəcəkdik. Daha sonra Vanadzorda keyfiyyətcə metaldan heç də aşağı olmayan kompozit material əldə edəcəkdik.

Fəaliyyətlərini dayandırmış “Nairit” və Vanadzordakı kimya zavodu kimi strateji müəssisələri yenidən işə salacaqdıq.

Deyim ki, həmin ərəfədə hakimiyyətə təzə gələn Nikol Paşinyan da bütün bunların reallaşacağına erməniləri inandıra bilmişdi. Yadınızda olar, Nikol bununla bağlı xaricdəki imkanlı ermənilərə də minnətçi düşmüşdü. Amma...

...Hazırda bu sahələrdəki vəziyyət ümidsiz olmasa da, ancaq etiraf edilməlidir ki, daha da pisdir. Məsələ bundadır ki, bu gün hökumət ölkə iqtisadiyyatında köklü bir dəyişiklik yarada biləcək hər hansı bir plana malik deyil. Hətta vaxtilə bir neçə müəssisənin “açılışını edib” qırmız lent kəsən Nikol sonradan həmin müəsisələrin fəaliyyətini dayandırdığı barədə də məlumatlı olsa da, amma neyləsin ki, əlindən heç nə gəlmir. Amma...

...Maraqlıdır ki, bu gün özlərindən “qaçaq saldıqları” “erməni arzusu”ndan gileyli olan ermənilər bunun günahını özlərində yox, həmişə olduğu kimi, yenə də kənarda axtarırılar. O da maraqlıdır, görən, “erməni arzusu”nun reallaşmasına nə mane oldu?

Təbii ki, ermənilər özlərinin təcavüzkar niyyətlərini yox, 44 günlük müharibəni göstərirlər. Özü də, onlar üçün nə qədər acınacaqlı olsa da onlar “böyük erməni xalqını” müharibədə məğlub kimi görmürlər.

“Uduzduqlarını”, sadəcə olaraq,.. “bəzi general və zabitlər arasında dövləti hər şeydən uca tutan erməni hərbçilərinin “hələlik” az olması və onların özlərini yardımçı ifaçılar kimi göstərmələri ilə əlaqələndirirlər”.

Qeyd edilməlidir ki, əla tapıntıdır. Belə başa düşülür ki, ermənilər bundan sonra “dövləti hər şeydən uca tutan erməni əsgərləri” hazırlamağa girişəcəklər.

...Bu arada yeri gəlmişkən, Sizi bilmirəm, amma şəxsən mən “erməni arzusu”nun nə vaxtsa reallaşıb, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirib harasa aparacağına elə də inanmıram. Niyə, çünki bu ölkə hələ Sovetlər dönəmində də, 15 müttəfiq respublikalar arsında bütün göstəricilərinə görə həmişə 14-cü olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə