Fransanın paytaxtı Paris merinin müavini bu gün açıqlama verərək yolda sürət radarı kimi fəaliyyət göstərəcək “səs-küy radarının” istifadəyə verildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, göstərilən limitdən artıq səs-küy salan avtomobil cərimələnəcək.
Avtomobil müəyyən edilmiş səs həddini keçdikdə səs-küy radarı avtomobilin nömrə nişanının şəklini çəkəcək və nəqliyyat vasitəsi cərimələnəcək. Fransada uzun müddətdir sınaqdan keçirilən səs-küy radarının "Medusa" adlı sensorlarının desibel ölçərək vasitələrin çıxardığı akustik izləri görüntülədiyi bildirilib. Yaxın bir neçə ay ərzində radarın yüksək səsli motosikletlərin və ya avtomobillərin nömrələrini dəqiq müəyyən edə bilib-bilməməsi yoxlanılacaq. Cərimələrin 2023-cü ilin əvvəlində başlayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB