Konqoda davam edən qarşıdurmaların qurbanları uşaqlardır

Konqo Demokratik Respublikasında (KDR) üsyançı qruplar uşaq döyüşçülərdən istifadə edirlər.
Konqoda davam edən qarşıdurmaların qurbanları uşaqlardır

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ötən il ölkənin şərqində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında davam edən qarşıdurmalarda 470-dən çox uşaqdan istifadə edilib. Bildirilir ki, 12-si qız olmaqla 50 uşaq qarşıdurmalarda həyatını itirib. 169-u cinsi təcavüzə məruz qalıb.

Qeyd edək ki, əhalisinin 63 faizi 24 yaşdan aşağı olan ölkədə döyüşçü uşaqlar və uşaq əməyi gündəmdəki əsas mələlələr arasında iştirak edir. 20 ildir ki, Ruanda, Uqanda və Burundi ilə sərhədi olan KDR-nin 20 ildir şərq əraziləri qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalara səhnə olur.

Bütün xəbərlər Facebook səhifəmizdə