Ukrayna kritik anlar yaşayır

Rusiya-Ukrayna böhranında təhlükəli anlar yaşanır. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın işğala başlayacağını təxmin edən Qərb ölkələri diplomatik hücumlarla böhranın qarşısını almağa çalışırlar.

Ukrayna-Rusiya sərhədindəki gərginliyin müharibəyə çevrilməməsi üçün növbəti saatlar böyük əhəmiyyət kəsb edir. Rusiyanın sabah işğal üçün hərəkətə keçəcəyi barədə fikirlərin yayıldığı bir vaxtda Almaniya kansleri Olaf Şolz dünən Ukraynaya gedib. Ukrayna prezidenti Vladimir Zelenski Şolzdan 12 min tank əleyhinə raket istəyib. Şolzun bu gün Rusiyaya gedəcəyi və Putinə dialoq təklif edəcəyi gözlənilir.

Ukrayna polisi iddia edir ki, Rusiya saxta bomba hədələri ilə insanlarda təşviş və panika yaratmağa çalışır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə