Meksikanın şimalında nasazlıq yaranan kiçik təyyarə magistral yola məcburi eniş edib. SİA xarici mətbuata istinadən bildirir ki, Meksikanın Mazatlan şəhərində qəzaya uğrayan Cessna tipli təyyarə magistral yola təcili eniş edib.
Pilot eniş zamanı hərəkətdə olan yük maşınına dəyməmək üçün manevr edən zaman təyyarənin bir qanadı və şassisi qopub.
Qeyd edək ki, 4 sərnişin və pilotun xəsarət almadan xilas olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB