Əbu-Dabinin simvolları Türkiyə bayrağının rənglərinə boyanıb

Əbu-Dabinin simvolları Türkiyə bayrağının rənglərinə boyanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin əsas görməli yerləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri şərəfinə Türkiyə bayrağının rənglərinə boyanıb.

SİA-nın əldə etdiyi məlumata görə, xüsusilə, Fars körfəzinin sahilində yerləşən "Emirates Palace" otelinin üzərinə Türkiyə Respublikasının dövlət bayrağı proyeksiya edilib. Həmin oteldə Türkiyə dövlətinin başçısı BƏƏ-yə rəsmi səfəri zamanı qalıb.

Bundan əvvəl Dubayın əsas görməli yerlərindən biri - Burj Xəlifə göydələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri münasibətilə Türkiyə bayrağının rənglərinə boyanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə