Nigeriyanın təhlükəsizlik qüvvələri mütəşəkkil cinayətkar qrupların üzvləri tərəfindən qaçırılan 20 nəfəri azad edib.
SİA xəbər verir ki, Nigeriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Vasiu Abiodun Nasko bölgəsinin bir sıra kəndlərində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı quldurların bazası müəyyən olunaraq məhv edilib, çoxlu sayda silah-sursat aşkarlanıb, mütəşəkkil cinayətkar dəstə üzvlərinin istifadə etdiyi motosikletlər götürülüb.
İnsanların dəqiq nə vaxt qaçırıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, ölkənin şimal-şərqi son illər ciddi təhlükəsizlik böhranı ilə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB