Türk Hava Yolları Ukraynaya səfər edəcək sərnişinlərə müraciət edib

Türk Hava Yolları Ukraynaya səfər edəcək sərnişinlərə müraciət edib

Türk Hava Yolları (THY) Ukraynada baş verən hadisələrlə əlaqədar bu ölkəyə bilet alan sərnişinlərə verilən pulun geri qaytarılması və dəyişmə hüquqları ilə bağlı açıqlama verib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

THY-nin internet saytında yer alan elana görə, Ukraynadakı mövcud hadisələrlə əlaqədar olaraq, 13 fevral 2022-ci il tarixində və ya ondan əvvəl bilet alan, 13-28 fevral tarixləri arasında Kiyev, Odessa, Lvov, Xarkov, Zaporojya və Xersona gələn reyslərə qeydiyyatdan keçən sərnişinlər fevralın 28-nə qədər hərəkətə keçmək şərti ilə bəzi hüquqlardan yararlana biləcəklər.

Açıqlamada qeyd olunub ki, dəyişmək hüququ, eyni marşrut və salonda olmaları şərti ilə 31 mart 2022-ci il tarixinədək (daxil olmaqla) reyslərini heç bir ödəniş və cərimə olmadan reyslərimizə dəyişə biləcəklər. Orjinal biletin qiymət qaydaları çərçivəsindəmarşrutu dəyişə biləcəklər. Bilet heç bir rüsum və ya cərimə olmadan etibarlı olacaq. Onlar biletlərinin müddətini 31 mart 2022-ci il (daxil olmaqla) qədər uzada biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə