Husilərin raket hücumunda iki nəfər ölüb

İranın dəstəklədiyi husilər Yəmənin qərbindəki Həcc əyalətinə raket hücumu təşkil ediblər.
Husilərin raket hücumunda iki nəfər ölüb

Yəmən ordusunun 5-ci Hərbi Dairə Komandanlığından raket hücumuna dair açıqlama verilib. Bildirilib ki, Husilərin Həcc vilayətinə atdıqları rekatlərdən biri Hayran qəsəbəsində bir evə düşüb. Nəticədə 2 mülki vətəndaş həyatını itirib, 2 nəfər də yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Yəmənin rəsmi xəbər agentliyi isə bildirib ki, husilər cənubda Taiz əyalətinin Abdele bölgəsindəki qaçqın düşərgəsinə də hücum təşkil ediblər. Hadisə nəticəsində 3-ü uşaq və 1-i qadın olmaqla 4 nəfər yaralanıb.

Husilər iki hücum ilə əlaqəli açıqlama verməyiblər. Hadisələrə görə məsuliyyəti üzərinə götürən başqa qruplaşma da olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə