Yaponiyada yanvarın 31-də radarlardan itən F-15 qırıcı təyyarəsinin pilotlarından birinin meyiti tapılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, pilotun cəsədi Yapon dənizində tapılıb.
Eyni ərazidə təyyarənin hissələri də tapılıb. İtkin düşən pilotun axtarışları davam edir.
Xatırladaq ki, Yaponiyanın F-15 qırıcısı yanvarın 31-də İşikava prefekturasındakı aviabazadan qalxdıqdan qısa müddət sonra Yapon dənizi üzərində radarlardan itmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB