Kanada hakimiyyəti Ukraynaya 7,8 milyon dollar (6,1 milyon Kanada dolları) dəyərində öldürücü silahlar vermək qərarına gəlib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
“Mən (Ukraynaya-red) 7,8 milyon dollar məbləğində öldürücü silah və sursatın ayrılmasını təsdiqlədim”, o deyib.
Trüdo həmçinin qeyd edib ki, hökumət Ukraynaya 500 milyon Kanada dolları (392,5 milyon ABŞ dolları) kredit verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB