“Taliban” Özbəkistan və Tacikistanla sərhədə ordu göndərmək istəyir
“Taliban” hərəkatı Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədini möhkəmləndirmək üçün bu ölkələrlə həmsərhəd əyalətlərə 10 min nəfərlik ordu göndərmək niyyətindədir.
SİA Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu haqda “Taliban” hərəkatı silahlı qüvvələrinin Baş qərargah rəisi Kari Fasuxiddin Fitrat jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, 10 min nəfərlik ordu hissələri NATO sisteminin ən müasir texnikası ilə təchiz olunacaq. O deyib ki, ən qısa müddətdə sərhədə göndəriləcək hərbi təyyarələr də hazır olacaq.
Xatırladırıq ki, Əfqanıstanın Bəlx əyaləti Özbəkistanla, Kunduz, Taxar və Bədəxşan əyalətləri Tacikistanla həmsərhəddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB